60 TIR sürücüsü qaçırıldı
22 İyun 2014 11:00 (UTC+04:00)
Liviyanın şərqindəki Əcdəbiyə şəhərində 60 misirli
TIR sürücüsü silahlı şəxslər tərəfindən qaçırılıb
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
Misirin qərbindəki Nil Delta sürücülər dərnəyi tərəfindən verilən
açıqlamada, 60 sürücünün Tobruk-Əcdəbiyə şəhərləri arasında silahlı
şəxslər tərəfindən qaçırıldığı bildirilib.
Silahlı şəxslərin əl-Mağrəbi qəbiləsindən olduğu
deyilir. Onlar sənədsiz silah gəzdirdiyi və Misirə icazəsiz daxil
olduğu üçün 25 illik həbs cəzasına məhkum olan qəbilə üzvü Məhəmməd
Səlamə əl-Mağrəbinin sərbəst buraxılması tələb
edirlər.
Silahlılar Mağrəbinin azad edilməyəcəyi halda,
sürücülərin də azad olmayacağını
bildiriblər.
Misir və Liviya rəsmiləri isə mövzu ilə bağlı hələ
ki, heç bir açıqlama verməyiblər.
Qeyd eədk ki, ötən cümə axşamı günü eyni qəbilənin
üzvləri Liviyanın Berka şəhərində Misir vətəndaşı olan 80 sürücünü
girov götürmüşdülər.