15 İŞİD üzvü öldürüldü
22 İyun 2014 11:04 (UTC+04:00)
İraqın Diyala vilayətində orduya bağlı qüvvələrlə
İŞİD arasında qarşıdurma olub.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
İraqın Diyala vilayətində orduya bağlı qüvvələrlə İraq Şam İslam
Dövləti (İŞİD) silahlıları arasında baş verən qarşıdurma
nəticəsində 15 nəfər İŞİD üzvü öldürülüb. Bu barədə Diyala polis
təşkilatı komandiri general Cəmil əş-Şəmri
bildirib.
Yerli mənbələrdə isə İraq ordusu və İŞİD arasında
baş verən qarşıdurmalarda bir əsgər öldüyü, çox sayda polis və
əsgərin yaralandığı deyilir.
Qeyd edək ki, İraqda bir müddətdir qarşıdurmaların
yaranmasına səbəb olan İŞİD silahlıları bir neçə şəhərdə vacib
məntəqələri ələ keçiriblər.