Çempionatı qazanacaq ölkə açıqlandı
22 İyun 2014 11:12 (UTC+04:00)
ABŞ-lı sosial araşdırmaçı Braziliyada keçirilən XX
dünya çempionatının qalibi olacaq ölkənin adını
açıqlayıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
ABŞ-lı sosial araşdırmaçı Neyt Silver 2012-ci il ABŞ-dakı prezident
seçkilərində verdiyi proqnozla tanınır. 36 yaşlı Silver verdiyi
proqnozların düz çıxmasına görə "statistika kralı"
adlandırılır.
"Statistika Kralı" bloqunda yazdığı proqnoz futbol
azarkeşlərini həyəcanlandırıb. Silverin hesablamasına görə, 2014-cü
il Dünya Çempionatının qaklibi ev sahibliyi edən Braziliya
olacaq.
O, Brazilya yığmasının 45% qazanma şansının
olduğunu bildirib.