Beyons kimi rəqs edən kişilər (VİDEO)

22 İyun 2014 12:00 (UTC+04:00)
Möhtəşəm səhnə şouları, rəqsləri və geyimləri ilə fərqlənən amerikalı müğənni Beyons bu dəfə kişilərin diqqətini başqa cür çəkib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, ABŞ-dakı rəqs məktəblərindən birinin kişi üzvləri müğənni Beyons kimi geyinərək rəqs nömrələrini də ona oxşar şəkildə təqdim ediblər. 3 kişidən ibarət rəqqaslar kənardakı rəqs yoldaşlarının alqışları ilə daha da həvəsləniblər. Rəqqasların göstərdiyi rəqs şousu sosial şəbəkələrdə də yayılıb.

Onların bu rəqsi internet istifadəçisi olan kişilər tərəfindən birmənalı qarşılanmasa da, normal qəbul edənlər də olub.