Alman futbolçu Ronaldoya rəqib oldu
22 İyun 2014 12:11 (UTC+04:00)
Almaniya-Qana qarşılaşmasında Asamoa Qyan ilə
Miroslav Kloze rekorda imza atıblar.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
hesab 1:1 olarkən Qananı önə çıxaran Qyan atdığı qolla DÇ-da ən çox
qol vuran afrikalı futbolçu Rocer Millanın rekorduna şərik
olub.
İkinci hissədə oyuna girən Miroslav Kloze
Almaniyanın bərabərlik qolunu vurub. Beləliklə, Polşa əslli alman
oyunçu 15 qolla Dünya Çempionatlarında ən çox qol vuran Ronaldonun
rekordunu təzələyib.
Miroslav Kloze eyni zamanda DÇ-da qol vuran ən
yaşlı alman futbolçu olub. Kloze həmçinin, Pele və Silerdən sonra
dörd DÇ-da qol vuran 3-cü şəxs olub.