Bin Laden “klonlandı”
22 İyun 2014 13:00 (UTC+04:00)
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Əl-Qaidə ilə
mübarizə üçün yeni vasitələr axtarır.
Movqe.az ANS PRESS-əistinadən xəbər verir ki, kəşfiyyat idarəsi Pakistan və
Əfqanıstanda Üsamə bin Ladenin artan məşhurluğunun qarşısını almaq
üçün fərqli üsula əl atıb. Belə ki, onlar həmin ölkələrdə paylamağı
planlaşdırdıqları terrorist liderini şeytan olaraq göstərən
oyuncaqlar istehsal ediblər.
Oyuncaq müəyyən bir istilikdə saxlanılarsa, Bin
Ladenin üzü qırmızı olur və üzərində qara xəttlər çıxır. Bundan
başqa, gözləri yaşıl olduğu üçün oyuncağa "Şeytan gzləri" adı
verilib.
Sözügedən oyuncağın əfqan və pakistanlı uşaqları
Bin Ladenin və onun İslami cihad fəlsəfəsindən uzaqlaşdırmaq üçün
hazırlandığı bildirilir.