Əlibəyli atəş altında

22 İyun 2014 16:00 (UTC+04:00)
Tovuz rayonun Əlibəyli kəndi erməni silahlı birləşmələri tərəfindən yenidən atəşə tutulub.

Movqe.az xəbər verir ki , Əlibəyli İcra Nümayəndəliyindən verilən məlumatına görə, kənd 20 dəqiqəyə qədər atəşə məruz qalıb. Atışma zamanı xoşbəxtlikdən kənd sakinləri arasında xəsarət alanın olmadığı bildirilir

Erməni hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində kənddə yerləşən evlərə ziyan dəyib. Nümayəndəlikdən bildiriblər ki, hazırda evlərə dəyən ziyan müəyənləşdirilir. Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Hazırda bölgədə sakitlik hökm sürür.

Qeyd edək ki, bir neçə gün öncə də erməni silahlı qüvvələri Tovuzun kəndlərini iri çaplı silahlardan atəşə tutublar. Əlibəyli kənd sakini, 1969-cu il təvəllüdlü, 3 uşaq anası Əliyeva Ənayət Totan qızı evinin qapısından içəri girərkən qəlpə yarası alıb. Dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının vəziyyətinin yaxşılaşdığı bildirilir.