Bu telefon dünyanın ən populyar smartfonu seçildi (FOTO)

22 İyun 2014 16:33 (UTC+04:00)
"iPhone 5S 2014-cü ilin birinci rübündə ən çox satılan smartfon olub".

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu haqda IDC şirkətinin saytında yazılıb.

Handset Country Share Tracker tədqiqatının nəticələrinə görə, 2014-cü ilin birinci rübündə iPhone 5S smartfonunun qlobal bazar payı 9% təşkil edib. 

Bundan əvvəl Samsung smartfonları bu ada layiq görülüb, amma populyar Galaxy S4 və Note 3 modellərinin satışı o qədər azalıb ki, iPhone 4S smartfonu ikinci yerdə qərarlaşıb.

Samsung şirkəti smartfonların tədarük həcminə görə liderliyini qoruyub saxlayıb.