Bakıda qəza: 3 gənc öldü, 2-si yaralandı
22 İyun 2014 20:00 (UTC+04:00)
Bakı şəhəri Qaradağ rayonu ərasizində dəhşətli
yol-nəqliyyat hadisəsi baş verib. Movqe.az xəbər verir ki , hadisə
şahidlərinin verdikləri məlumata görə, qəza ötən gün səhər
saatlarında Ələt-Astara yolunda qeydə
alınıb.
Hadisə "Prado" markalı avtomobillə, "Vaz 21015"
markalı avtomobilin toqquşması nəticəsində baş verib. "Vaz 21015"in
içərisində 5 gənc olub.
Qəza nəticəsində "Vaz 21015"- sürücüsü 1990-cı il
təvəllüdlü Ramil Möhnətov və onun yanında olan 1993-cü il
təvəllüdlü Röyal Dadaşov və Fuad Quliyev dünyalarını
dəyişiblər.
"Vaz 21015"- in içərisində olan digər iki nəfər -
Müqəddəs Əliyev və Şahin Süleymanov ağır vəziyətdə vəziyyətdə
Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda
onların vəziyyətinin ağır olduğu bildirilir.
Salyan rayonu Xərəc kəndinin sakinləri olan
gənclərin Sənqəçal qəsəbəsində yerləşən neft obeyktlərindən birində
mühafizəçi vəzifəsində işlədikləri bildirilir.
"Prado"-da isə bir nəfər sürücü olub. Onun hadisə
nəticəsində xəsarət almadığı bildirilir.
Şahidlərin bildirdiklərinə görə, hadisə "Prado"
markalı avtomobilin yoldan çıxması nəticəsində baş
verib.
Hadisə ilə bağlı araşdırma aparılır