Talibançılar NATO bazasına hücum ediblər (FOTO)

22 İyun 2014 20:14 (UTC+04:00)
Talibançılar Əfqanıstanın Nanqarxar əyalətinin inzibati mərkəzi- Cəlalabaddakı hava limanının ərazisində yerləşən NATO bazasına hücum ediblər.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, silahlılar bazanın ərazisinə səkkiz raket buraxıblar. Ölən və yaralananlar haqda məlumat verilmir.

Taliban qruplaşması 9 iyunda Beynəlxalq təhlükəsizlik güc birləşmələrinin Cəlalabadda yerləşən hərbi bazalarına hücum etmişdilər. Nəticədə 4 nəfər ölmüdü. Kamikadze o zaman minalanmış avtomobillə binanın darvazasında dayandıqdan sonra iki silahlı mühafizə olunan əraziyə daxıl olaraq atəş açmışdı. Hücumçular zərərsizləşdirilmişdi. Atışmanın gedişatında silahlılar 25 yük maşınını sıradan çıxarmışdılar.