İmişlidə böyük sahəni əhatə edən yanğının qarşısı alınıb

22 İyun 2014 22:00 (UTC+04:00)
İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində 15 hektar ərazidə quru ot, kol-kos, qamışlıq və meşə zolağı yanıb.

Movqe.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, əraziyə dərhal yanğınsöndürənlər cəlb edilib.

Yanğınsöndürənlər 1000 hektara yaxın ərazidə meşə zolağı, kommunikasiya xətləri, elektrik dirəkləri və tikililəri mühafizə edə biliblər.