Sinoptiklərdən qeyri-sabit hava proqnozu
23 İyun 2014 00:03 (UTC+04:00)
Azərbaycan sinoptikləri 23 iyunda qeyri-hava şəraitinin davam
edəcəyini proqnoz verirlər. Dünən axşam saatlarından başlayan güclü
külək sabah axşama kimi davam edəcək.
Movqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə,
iyunun 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən
buludlu olacağı, arabir tutulacağı gözlənilir. Güclü şimal qərb
küləyi əsəcək.
Temperatur gecə 18-23 isti, gündüz 24-29 isti, Bakıda gecə 20-22
isti, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə
sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz 40-50 faiz təşkil
edəcək.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23° isti, Zağulba,
Mərdəkan, Şüvəlan, Buzovnada 23-24° isti, Türkan, Hövsan, Şıx,
Sahildə 23-24° isti təşkil edəcək.
Azərbaycan rayonlarında, əsasən, gecə və axşam saatlarında bəzi
yerlərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı
var. Dağlarda gecə 14-18° isti, gündüz 20-25° isti olacağı
gözlənilir.