“Rus ruletkası” adam öldürdü

4 İyul 2012 14:09 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ-da dörd gəncin oynadığı "Rus ruletkası" oyunu bir nəfərin dünyasını dəyişməsinə səbəb olub. Belə ki,  Sorn Montqomeri adlı 17 yaşlı qız 3 yoldaşıyla oynadığı "Rus ruletkası" oyunu  əsnasında atasına aid 38 kalibr tapançayla özünü başından vuraraq öldürüb. "Rus ruletkası" oyunu  əsnasında ilk sıra Sornun payına düşüb. "10 News"a müsahibə verən qonşu, "Gənclərin belə təhlükəli bir oyunu oynadıqlarını eşidəndə şok oldum" deyib.