Bakıda iki maşın toqquşaraq parçalandı

23 İyun 2014 11:06 (UTC+04:00)

Bu gün səhər saat 08:30-da Babək prospektindən Yeni Günəşli istiqamətində dəhşətli yol qəzası baş verib. 


Milli.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, iki maşın toqquşaraq parçalanıb. Üz-üzə gələn avtomobillər toqquşub və biri sıldırım qayadan aşağı, Qaraçuxur qəsəbəsindəki evlərin üstünə yuvarlanıb. 


Qəzada ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur. Hadisə yerində bir yol patrul xidməti olub.