Gəncənin qəbristanlığı təmir edilir

4 İyul 2012 22:18 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Gəncənin "Səbiskar" adlanan 1 saylı qəbristanlığında abadlıq-bərpa işləri aparılır. 

Kəpəz TV kanalına verdiyi xəbər ə əsasən, Gəncənin qədim qəbristanlığı olan "Səbiskar"ın 4 əsrə yaxın yaşı var. Burada bəzi qəbirlər baxımsızlıqdan, təbii amillər üzündən dağılıb. Qəbiristanlıqda illərdir, təmir-bərpa işləri aparılmadığı üçün hasarı da qəzalı vəziyyətə düşüb.

Təmir zamanı Aran memarlıq üslubu qorunub saxlanılacaq. "Səbiskar"dakı köhnə qəbirlər restavrasiya olunacaq. Əraziyə su çəkilərək bir neçə yerdə çarhovuz qurulacaq. Məzarların ətrafına isə dekorativ gül kolları əkiləcək.

Qəbiristanlıqda abadlıq işləri sentyabrda tamamlanacaq. Təmir-bərpa işləri zamanı heç bir qəbrə toxunulmayacaq.

Türkan Nadirqızı

Movqe.Az