“Azəriqaz” bu rayonun sakinlərinə xəbərdarlıq etdi

23 İyun 2014 11:52 (UTC+04:00)
Bakının bir hissəsinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.  "Azəriqaz" İB-dən Movqe.az-a verilən məlumata görə, məhdudiyyət bu gün saat 10:00-dan etibarən başlayıb. İşlər başa çatanadək Xəzər rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. Rayonun bir hissəsinin təbii qaz təchizatında məhdudiyyətlər olması təmir işləri ilə əlaqədardır.