"Evli kişilərə o gözlə baxmıram"-Səidə

23 İyun 2014 13:47 (UTC+04:00)

Müğənni Səidə Sultan yenidən gündəmə maraqlı açıqlamaları ilə gəlib. Mövqe.az xəbər verir ki, "Şoubiz+"un qonağı olan ifaçı yumub gözünü, açıb ağzını. Həmkarlarından, şəxsi həyatından və getdiyi toylardan danışan Səidə Sultanın fikirləri belədir: "Düzünü deyim. Var bəziləri ki, salam verəndə insani münasibət göstərmək istəyəndə belə bəziləri ilə alınmır. Bu adlar içərisində xalq artistləri də var, adi müğənnilər də... Məsələn, Brilliant xanıma salam vermişəm almayıb. Mən də demişəm ki, salam verməyəcəm daha...Almayıb canı sağ olsun".


İfaçı hətta 5 il depressiyaya düşdüyünü də açıqlayıb: "5 il depressiyada olmuşam. Düzdür. Adi biznes adamlarının işləri alınmır, müflisləşirlər. Mən də elə şeylər yaşamışam".


Səidə Sultan getdiyi toylarda ona olan münasibətdən də söz açıb: "Bəzən deyirlər Səidə gedən toylarda xanımlar öz yoldaşlarını mənə qısqanır. Yox. Mən getdiyim toylarda evli kişilərə o gözlə baxmıram. Mənim də bacım, anam var".