"Canım mənim, sənin axırına çıxacağam!"- eks həyat yoldaşına

23 İyun 2014 14:07 (UTC+04:00)
Müğənni Kərim Abbasov eks həyat yoldaşı prodüsser Təranə Səmədovanı məhkəməyə verib. Mövqe.az xəbər verir ki, məhkəmə işi hələ də davam edir. Ancaq K. Abbasov artıq qalib olacağına əmindir: "Tam əminliklə deyirəm ki, mən işdə qalibəm. Ona görə ki, mən heç kimin şərəf ləyaqətimə, qüruruna toxunmamışam. Kimsə də mənim şərəf ləyaqətimə, qüruruma toxunubsa, o cəzasını alacaq. Lazım olsa Avropa məhkəməsinə qədər iş davam edəcək. Canım mənim, mən sənin axırına çıxacağam. O, məndən üzr istəsə bağışlayaram. Getsin işi ilə məşğul olsun. Lazım olsa lap ona cəza da ayrılacaq. Mənim mənəvi təzminatımın qiyməti yoxdu. Mənim qiymətim yoxdu. Mən qiymətsizəm. Mənə əsas o lazımdır ki, insan övladı səhvini anlasın və üzr istəsin. Və istəyəcək də...".