"Səninlə cinsi əlaqədə olmalıyam" - Cangüdəndən !

23 İyun 2014 18:03 (UTC+04:00)
"Spring Breakers", "Pretty Little Liars" kimi rolları ilə sevilib, tanınan gənc aktrisa Ashley Benson məhkəməyə müraciət edib. Mövqe.az xarici mətbuata istinadən xəbər verir ki, çətin günlər yaşayan 24 yaşlı aktrisaya "Warner Brothers" studiyasının cangüdəni  James Gorton Jr. tərəfindən təcavüz edilib. Belə ki, aktrisa iddia edir ki. cangüdən aktrisaya cinsi istək duyduğunu dilə gətirib: "Səninlə cinsi əlaqədə olmalıyam".

Bəzi iş yoldaşlarının iddiasına görə, Gorton, Ashley Benson ilə evlənib, xoşbəxt olacaqlarına da inanıb.  Ancaq məhkəmə aşiqin arzusunu ürəyində qoyub. Aktrisanın məhkəməyə müraciət etməsi Gortona baha başa gəlib. Belə ki, məhkmənin qərarına əsasən 49 yaşlı, evli Gordon bir daha aktrisaya yaxınlaşa bilməz.