"Məcbur olub, ailəmi saxlamaq üçün..."- Nüşabə

24 İyun 2014 11:16 (UTC+04:00)
Müğənni Nüşabə Ələsgərli maraqlı açılaması ilə yenidən gündəmdədir. Mövqe.az xəbər verir ki, əməkdar artist gələcək gəlini barədə danışıb. Gəlininin işləməsini istəməyən müğənni xanım onu özü ilə də müqayisə edib: "Mən istəmərəm gəlinim işləsin. Məsələn, mən müğənniyəm, oxudum, oxuyuram da...Çünki buna ehtiyac var idi. Mən məcbur olub, ailəmi saxlamaq üçün oxumuşam. Amma istəmərəm gəlinim işləsin. Gəlinim niyə oxusun ki ? Pul üçün?! Bizə lazım deyil də, ay balam, o pul".