Bakıda avtobus sürücüləri məktəbli qızı zorladılar
24 İyun 2014 11:29 (UTC+04:00)
Bakıda avtobus sürücüləri məktəbli qızı
zorladılar. Movqe.az Milli.Az-a
istinadən xəbər verir ki, Nəsimi rayonu, Qutqaşenli küçəsində
yaşayan K.V. polisə müraciət edərək 15 yaşlı qızı L.V.-nin 13 saylı
marşrut avtobusunda zorlandığını deyib. Onun sözlərinə görə, iki
gün əvvəl yoxa çıxmış qızını dünən Süleyman Sani Axundov küçəsində
13 saylı avtobusda tapıb. Qızı ona tanımadığı sürücülər tərəfindən
zorlandığını bildirib.
Təcavüzə məruz qaldığı iddia edilən qızın məktəbli
olduğu deyilir.Hazırda faktla bağlı Yasamal
Rayon Polis İdarəsində araşdırma aparılır.