İŞİD döyüşdə uşaqları da istifadə edir - FOTO

24 İyun 2014 12:37 (UTC+04:00)

İnsan Haqqları İzləmə Təşkilatının son hesabatı insanları şok edib. Təşkilat Suriya və İraqda davam edən döyüşdə uşaqları belə istifadə etdiklərini açıqlayıb. İnsan Haqqları İzləmə Təşkilatı yayımladığı hesabatda Suriya hökumətinə qarşı döyüşən müxaliflərin uşaqları da hərbiçi olaraq istifadə etdiklərini bildirib. Movqe.Az xəbər verir ki, pulsuz təhsil kimi fürsətlər təqdim olunan uşaqların cəbhəyə göndərildiyi deyilən hesabatda İraq və Şam İslam Dövləti (IŞİD) kimi təşkilatların uşaqlara silahlı təhsil verdiyi və daha sonra onları sui-qəsd hücumlarında istifadə etdiyi açıqlanıb. Hadisələrə yaxından şahidlik edənlərin verdiyi məlumatlarla hazırlanan hesabatda Qərb dəstəkli Azad Suriya Ordusu, Nusra Cəbhəsi, İslami Cəbhə kimi təşkilatların da uşaqları istifadə etdiyi açıqlanıb. Hesabatda həmçinin kürd rəhbərliyi altındakı bölgələrdə də uşaqların cəbhəyə göndərildiyi bildirilib.


Hesabatda Suriyalı Şiddət İzləmə Mərkəzi 2011-ci ildən bu yana ölən oğlan uşağı sayını 194 olaraq açıqlamışdı.


Hesabatda Nusra Cəbhəsindən 16 yaşındakı Məcidin, özü kimi bir çox uşağı İordaniya sərhədindəki Deraa şəhərindki təşkilata qatıldığı yazııb. O, uşaqlara çox vaxt "Allah sizi seçdi" deyirmiş.


Hesabatda uşaqlara snayper istifadəsi üzrə təhsil verildiyi və cəbhələrə sursat daşıdıqları da bildirilib.