Sürücülərin nəzərinə: Daha bir prospekt bağlandı

24 İyun 2014 12:02 (UTC+04:00)

Bu gün saat 11:00-dan etibarən Heydər Əliyev prospektinin Beynəlxalq Hava Limanı yol qovşağından Böyükşor yol qovşağına qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq. Movqe.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, "Azəryolservis" ASC-dən Mərkəzə verilən məlumata əsasən, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə əlaqədardır. Məlumatda bildirilir ki, nəqliyyat vasitələrinin hərəkəti Hava Limanı yol qovşağından Suraxanı yol qovşağına qədər və Sabunçu yol qovşağından Böyükşor yol qovşağına qədər qismən, Suraxanı yol qovşağından Sabunçu yol qovşağına qədər tam məhdudlaşdırılacaq.