Bakıda kişinin başına daş düşdü

24 İyun 2014 12:42 (UTC+04:00)

Ağır yaralanan şəxs xəstəxanaya yerləşdirilib

Bu gün Bakının Qaradağ rayonu ərazisində əsən güclü külək nəticəsində bir nəfərin başına daş düşüb. Qaradağ rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə nəticəsində 53 yaşlı Arif Səmədovun başına daş düşüb.


Hadisə nəticəsində Arif Səmədov ağır yaralanıb. Onu xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.