15 yaşlı qızın zorlanması ilə bağlı məsələdə qaranlıq məqamlar ortaya çıxıb. Zorlanmanın baş verdiyi iddia olunan 13 saylı marşrutun Zamin adlı kalon rəisi Milli.Az-a açıqlamasında bildirib ki, hadisə avtobusda olmayıb. Qızı zorlayan şəxs Rəşad adlı sürücüdür. O, atası ilə həmin avtobusda işləyib. Həmin qız Rəşad avtobusda işləyən gün onunla iki dövrə vurub. Sonra isə zorlama olub, amma hadisə avtobusda ola bilməz.
İşi araşdıran Yasamal RPİ-nin 28-ci polis bölməsinin təhqiqatçısı Vüqar Babanlı Milli.Az-a bildirdi ki, qızın Binəqədi rayonu ərazisində yerləşən çayxanalardan birində zorlandığı deyilir. Hələlik hadisə yerinə baxış keçirilməyib. Ola bilsin, işin sonrakı istintaqını Binəqədi Rayon Polis İdarəsi aparsın.