Bakıda maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə hücum etdilər

24 İyun 2014 14:08 (UTC+04:00)

Bakının Suraxanı rayonunda yanacaqdoldurma məntəqəsinə basqın olub. Movqe.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, basqın edəb şəxslər maskalı olublar.


Hadisə Qaraçuxur qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib. Yanacaqdoldurma məntəqəsinə daxil olan 4 nəfər naməlum şəxs orada işləyən 26 yaşlı Elvin Kərimov və 21 yaşlı Röyal İsmayılovu hədələyiblər. Daha sonra onlar seyfdə olan 5000 manat pulu oğurlayıblar.


Faktla bağlı araşdırmalar aparılır.