"Allaha borca pul lazımdır"- Elgiz Əkbərin verlişində şok olay

24 İyun 2014 14:00 (UTC+04:00)
Aparıcı Elgiz Əkbər bu gün İlqar Mikayıloğlunun təqdimatında yayımlanan " Günəbaxan" verlişinin qonağı olub. Mövqe.az xəbər verir ki, Elgiz Əkbər verlişdə maraqlı etiraf edib. Belə ki, aparıcı 8 illik efir fəaliyyətində məhz bu il daha çox yorulduğunu etiraf edib: " 8 illik fəaliyyətimdə daha çox bu il yoruldum. Çünki həftə içi 5 gün, 2 saatlıq canlı yayımda oluruq. Yorulmuşam amma bu o demək deyil ki, artıq usanmışam. Verlişimdə hər kəsi razı salmağa çalışırıq, istəyirik bizə müraciət edən insanlar narazı qalmasın, hər kəsin problemlərini həll etməyə çalışırıq. Amma təbii ki, bəzən insanlar narazı qalır. Və ya  bir problemi danışırlar, biz isə tamam başqa faktları tapıb, çıxarırıq ortaya...Hər kəsi razı salmaq çox çətindir. Bu mövsümün sonunda "Allaha borca pul lazımdır" fikri ilə insanlardan pul yığan şəxsin fikirləri insanlar arasında rezonans doğurub. Qalmaqallı hadisə olsa da bizim bir borcumuz da maarifləndirməkdi. İnsanlara hər cür köməkçi olmağa çalışırıq".