QMİ Ramazan təqvimini açıqlayıb - TƏQVİM

24 İyun 2014 14:13 (UTC+04:00)

Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) 2014-cü il üçün Ramazan (orucluq) ayının təqvimini açıqlayıb. QMİ-dən Movqe.az-a verilən məlumata görə, hicri təqvimi ilə 1434-cü il Ramazan ayının ilk günü miladi tarixlə iyunun 28-ə düşür.

Ramazan ayı 30 gün olacaq. Şəvval ayı hilalının görünməsindən asılı olaraq Eyd-ül-Fitr - Ramazan bayramı namazı iyul ayının 28 və ya 29-da qılınacaq. QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Əhya gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir.