Ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunub

23 İyun 2014 18:37 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının  malliyələşdirdiyi , "Güzəran" Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən həyata keçirilən "Azərbaycanda qida təhlükəsizliyi problemlərinin öyrənilməsi " layihəsi çərçivəsində  dəyirmi masa keçirilib. Movqe.az xəbər verir ki, dəyirmi Masada müstəqil ekspertlər, QHT və media nümayəndələri  iştirak ediblər. Dəyirmi Masada "Güzəran" Sosial Araşdırmalar İB-nin sədri Qadir İbrahimli "Azərbaycanda ərzaq təhlükəsizliyi problemləri" mövzusunda məruzə ilə çıxış edib.  Q.İbrahimli bildirib ki,  qlobal səviyyədə dünya ərzaq təhlükəsizliyi dedikdə dünyanın bütöv bir vahid olaraq aratan tələbatın qarşılanması yetərli səviyyədə ərzaq istehsal edilməsi başa düşülür. Əraq təhlükəsizliyi bütün dünya ölkələrinin öz ehtiyatları hesabına istehlakı təmin edə biləcəyi günlərin sayı ilə ölçülür.  Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hesab edir ki, ərzaq təhlükəsizliyi üçün miniumum göstəricini 2 ay hesab edir.  Ötən əsrin 80-ci illərində dünya buğda ehtiyatları bu göstəricidən aşağı düşməyib. 1995-ci ildə isə dünya buğda ehtiyatı ümumi istehlakın 14 faizi həcmində aşağı düşüb. Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə isə bu göstərici 17 faiz olmalıdır.  

Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının " 2013-cü ildə dünyada ərzaq təhlükəsizliyi təmin olunması ilə bağlı vəziyyət" hesabatında qeyd edilir ki,  2011-2013-cü illərdə dünyada 842 milyon insan, yaxud hər 8 nəfərdən biri xroniki aclıqdan zəiyyət çəkir. Bu göstərici 2010-2012-ci illərlə müqayisədə 868 milyon nəfər azdır. 1990-1992-ci illərlə müqayisədə aclıq çəkənlərin sayı 17 faiz azalıb. Ümumilikdə inkişaf etməkdə olan ölkələr ərzaq və qida çatışmamazlığının  azaldılması ilə bağlı 2001-ci ildə Minilliyin İnkişaf Məqsədlərində bəyan edilən göstəricilərə çatmaq üçün nəzərəçarpacaq irəliləyişləra nail olublar. Əgər son 21 ildə müşahidə olunan ərzaq və qida çatışmamazlığının azalmasının illik göstəricilərinin orta azalma tempi davam edərsə 2015-ci ildə acılığın səviyyəsinin nəzərdə tutulan oriyentirlərə yaxınlaşa bilər. Bu məqsədlərə çatılması üçün əlavə  və təxirəsalınmaz səylər tələb olunur. 

Baxmayaraq ki, Minilliyin İnkişaf Məqsədlərində bəyan olunan nəticələrə çatmaq mümkündür, bununla belə bir sıra ölkələrin bu səviyyədən geri qalacağı proqnozlaşdırıla bilər. MDB ölkələrindən Tackistanın adı bu sırada çəkilir. Artıq 22 ölkə Minilliyin İnkişaf Məqsədlərində bəyan olunan nəticələrə 2012-ci ildə çatıb. 

Onun sözlərinə görə,  son illər Azərbaycanda da ərzaq təhlükəsizliyi məsələlərinə xüsusi diqqət ayrılıb: "2001-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı" təsdiq edilib. Həmçinin, 2008-2015-ci illərdə Azərbaycan Respublikasinda Əhalinin ərzaq məhsullari ilə etibarli təminatina dair dövlət proqramı qəbul olunub. 16 yanvar 2014-cü il tarixdə dövlət başçısı tərəfindən "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. 

2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramında xüsusi olaraq qeyd edilir ki, dövlət əhalinin ərzaqla tam təminatını ödəmək üçün 2015-ci il üçün dənli bitkilərin əkin sahələrini 900 min hektara çatdırmalı və proqramda göstərilən 2015-ci ildə 2,8 milyon ton dənli bitkilər istehsal edilməlidir. Ət istehsalı 340 min ton, süd və süd məhsulları istehsalı 2,4 milyon ton olmalıdır. Sənaye üsulu ilə illik quş əti istehsalı 80 min tona, yumurta istehsalı isə 1,3 milyard ədədə çatdırılmalıdır. 

Ölkədə ikinci çörək kimi qəbul edilən kartof 1,12 milyon ton, tərəvəz və bostan bitkilərinin istehsalı 1,72 milyon ton, meyvə 800 min ton olmalıdır. 

Yağlı bitkilərin əkin sahələrinin 135 min hektara, şəkər çuğundurunun əkin sahəsini isə 20 min hektara, yem bitkilərinin əkin sahələrini 500 min hektar olmaqla yüksək keyfiyyətli, balanslaşdırılmış qarışıq yem istehsalını ildə 2 milyon tona çatdırmaq ayrı-ayrı bənd göstəriciləri ilə bir proqram olaraq qarşıya qoyulur.

Bu Proqramlar  çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında  müəyyən irəliləyişlər qeydə alınmışdır. Lakin Azərbaycan hələ də  əsas ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına kifayət qədər həcmdə təminatı hələ ki, mümkün olmamışdır.  

2004-2013-cü illərdə kənd əhalisinin sayının 10,2 % artması fonunda ümumi kənd təsərrüfatı məhsulları istehsalı həcmi 3,3 dəfə artmasını vurğulayan Q.İbrahimlinin sözlərinə görə, qeyd olunan sahənin mühüm bölməsi olan bitkiçilikdə 2004-2013-cü illərdə əkin sahələrinin 64,2 min hektar genişlənməsi ilə əksər bitki növləri üzrə məhsuldarlıq səviyyəsi yüksəlib, heyvandarlıq məhsulları istehsalı isə 2004-cü ildəki 697 milyon manata qarşı 2013-cü ildə 2 milyard 617 milyon manat təşkil edərək (3,8 dəfə artaraq) ümumi kənd təsərrüfatı məhsulunun strukturunda 49,5 % paya çatıb.

Kənd təsərrüfatında məşğul əhalinin sayı 1,67 milyon nəfər təşkil edir ki, bu da iqtisadiyyatda məşğul əhalinin 37,9%-i deməkdir. Kənd təsərrüfatının ÜDM istehsalında payı isə cəmi 5,2%-dir. 

Ekspert qeyd edib ki, ərzaq məhsullarının idxal statistikası da ərzaq təhlükəsizliyi ilə bağlı həll olunmamış ciddi problemlərin qaldığını göstərir: "2013-cü ildə Azərbaycan dünyanın 147 ölkəsi ilə idxal-ixrac əməliyyatları aparıb. İdxal-ixracda özünə daimi yer tutan məhsullardan biri də ərzaqdır. Keçən ilin 11 ayı ərzində Azərbaycana idxal olunan malların 18,9 faizini ərzaq məhsulları təşkil edib. Xatırladaq ki,  2008-ci və 2009-cu illərin müvafiq dövrlərində bu rəqəm 15,7 faiz olub. 2009-cu ilin yanvar- noyabr ayları ilə müqayisədə 2013-cü ildə ərzaq məhsullarının idxalı 10,5 faiz artıb. 11 ayda ölkəyə gətirilən quş ətinin, süd və qaymağın, kərə yağının, çayın, buğdanın, bitkidən hazırlanan piy və yağların, şəkərin, meyvə və tərəvəz konservlərinin həcmi artıb. Mal ətinin, qarğıdalının, düyünün, şokolad məmulatının, meyvə və tərəvəz şirələrinin, arağın idxalı isə azalıb. 2014-cü ilin fevral ayının statistikasının  2013-cü illə müqayisəsi göstərir ki, yeyinti məhsullarının idxalı 16,38 faiz artıb  və ümumi idxalın 13,67 faizini təşkil edib. 2013-cü ilin fevralında bu göstərici 9,6 faiz olub".

Q.İbrahimli əlavə edib ki,  kənd təssürfatının inkişafı, ərzaq təhlükəsizliyin təmin edilməsi ilə bağlı proqramlar  çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında  müəyyən irəliləyişlər qeydə alınmışdır. Lakin Azərbaycan hələ də  əsas ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına kifayət qədər həcmdə təminatı hələ ki, mümkün olmamışdır.  Daxili ərzaq bazarının idxaldan asılılığının səviyyəsi yüksək olaraq qalmaqdadır. Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi, kənd təssrüfatıının inkişafı ilə  ilə bağlı   siyasətin təhlil edilməsi və optimallaşdırılmasına, əlavə səylər göstərilməsinə ciddi ehtiyac var. 

Atılan addımalr göstərir ki, hökumət səviyyəsində bu məsələlər diqqətdə saxlanılır. 16 yanvar 2014-cü il tarixdə dövlət başçısı tərəfindən "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamın imzalanması bunun sübutudur. 

Ekspertin sözlərinə görə, dövlət başçısı dəfələrlə keçirilən müşavirələr və müzakirələr zamanı ərzaq təhlükəsizliyi ilə bağlı məsələləri xüsusi diqqətdə saxladığını nümayiş etdirib.  Hökümət tərəfindən isə bir sıra istiqamətlərdə əlavə səylər göstərilməsinə ciddi ehtiyac yaranıb. Aqro-xidmətlərin səviyyəsinin yüksəldilməsi, dövlətin subsidiya, kredit, maliyyə və digər dəstəklərindən səmərəli istifadə, istehsal, bazar və sosial infrastruktur sahələrinin inkişafı, müasir yemçilik müəssisələrinin yaradılması, maarifləndirmə, elmi və kadr təminatının yaxşılaşdırılması üzrə görülən tədbilər, əldə olunan nəticələr ciddi təhlil olunmalı və innovative təşəbbüslər irəli sürülməlidir. Dövlət tərəfindən kifayət qədər maliyyələşmə və güzəştlərin tətbiqinə baxmayaraq əldə olunan nəticələr təlabat və gözləntilərə adekvat deyil  

 Layihə çərçivəsində fermerlər arasında keçirilən sorğular aşağıdakı problemlərin diqqətə alınmasının vacibliyini göstərib: "Kənd təsərrüfatı məhsullarının və xüsusən ərzaq məhsullarının istehsalı ilə bağlı dəqiq statistika və uçotun aparılması; Əsas ərzaq məhsullarının istehsallı ilə bağlı vəziyyətin müntəzəm monitorinqinin aparılması; Ərzaq istehsalı ilə bağlı sahibkarlıq mühitinin yaxşılaşdırılması; Subsidiyalar və kreditlərin verilməsində şəffaflığın artırılması; Lizinq mexanizmlərinin təkmilləşdirilməsi, innovasiyaların tətbiqinin sürətləndirilməsi; Sığorta alətlərinin daha geniş tətbiqinin təşviqi,  kadr hazırlığının gücləndirilməsi, irriqasiya və süni suvarma sisteminin modernləşdirilməsi, əkinə yararlı torpaqların şoranlaşmasının qarşısının alınması üzrə daha təsirli tədbirlərin görülməsi".

Təqdimatdan sonra mövzu ilə bağlı müzakirələr aparılıb. Bu istiqamətdə araşdırmaların davam etdirilməsinin, bu məsələlərin ictimaiyyətin  diqqət mərkəzində saxlanılmasının və hökumətə müvafiq təkliflər verilməsinin vacibliyi qeyd olunub.