Kənan: “Mən meyxana deyəndə, Namiq Qaraçuxurlu meydanda yox idi”

24 İyun 2014 17:28 (UTC+04:00)
Rejissor Kənan MM şou aləmində səs-küy yaradacaq açıqlama verib.

O, Tabloid.az-a bunları deyib: "Mən uşaqlıqdan şeir yazıram. Mənim nənəm şairə olub və bu istedad mənə nənəmdən keçib. Mənə deyirlər ki, Kənan nə yaxşı meyxana deyə bilirsən? Həmin insanlara deyirəm, mən meyxana deyəndə, heç Namiq Qaraçuxurlu meydanda yox idi."