Günel Ələkbərova qalmaqallı videosundan danışdı

24 İyun 2014 17:51 (UTC+04:00)

Müğənni Günel Ələkbərova özündən çıxdı.

Ötən gün saytların birində ifaçı haqqında yayılan videogörüntü onu özündən çıxardıb.

Gecce.az-a açıqlama verən Günel Ələkbərova bunları deyib.

Əvvəla videoya diqqətlə baxın görün kimdi,sonra yazın.Orada olan mən yox,sənətinə hörmət etdiyim Aynur Dadaşovadır.Dünən bu xəbəri oxuyanda əsəbdən əsirdim.Jurnalist əgər reytinq xətrinə bunu edirsə,eləsinə səviyyəsiz deyirəm.Ümumiyyətlə mən 1998-ci ildə musiqi təhsili aldığım məktəbi bitirmişəm və hamı bilir ki mən bu sənətə 2003-cü ildən gəlmişəm.Özümdə bir müddət qəzetlərin birində müxbir işləmişəm.İnanın,məndən gözəl jurnalist işini bilən heçkim yoxdur,amma yalandan xəbər yazmaq,araşdırmamış yazmaq,doğru deyil.