Azərbaycanda traktor minaya düşdü

24 İyun 2014 18:13 (UTC+04:00)

İnsident işğal altında olan Xocavənddə baş verib

Dağlıq Qarabağın erməni işğalı altında olan Xocavənd rayonunda traktor minaya düşüb. 


Anspress-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, insident bu gün baş verib. 


Partlayış baş verən an traktorda iki nəfər olub. Hər iki şəxs Xocavənddəki hospitala çatdırılıb. Hospitalın dierekrotu Qriqori Qasparyan yaralıların vəziyyətinin stabil ağır olduğunu deyib.