Maddələr mübadiləsini necə sürətləndirmək olar?

24 İyun 2014 23:22 (UTC+04:00)

Hər orqanizm, böyümə, inkişaf, istilik, hərəkət kimi həyati fəaliyyətləri davam etdirə bilmək üçün xarici ətrafdan bəzi maddələr və enerji almaq məcburiyyətindədir. Assimilyasiya və yaşamın davam etdirilməsi prosesində reallaşan bütün kimyəvi reaksiyalar məhz maddələr mübadiləsi ilə əlaqədardır. 

Maddələr mübadiləsini sürətləndirmək üçün idmanla məşğul olmaq, bol miqdarda maye qəbul etmək və su içmək, düzgün qidalanmaq vacibdir. Yüksək sıxlıqlı məşqlər aşağı və ya orta sıxlıqlı məşqlərə görə daha sürətli və keyfiyyətli maddələr mübadiləsi təmin edir. Bu baxımdan idman proqramını artırmaq və qaçışla daha çox məşğul olmaq məsləhətdir. Maddələr mübadiləsini sürətləndirmək daha çox artıq çəkisi olanlar üçün idealdır.

Bədəndə olan kalorilərin işləməsi üçün su olduqca vacibdir. Bədən az quruduqda belə maddələr mübadiləsi yavaşlayır. Məhz buna görə gün ərzində daha çox su içmək lazımdır. Hər qidalanmadan əvvəl 1 stəkan su içmək maddələr mübadiləsinin sürətlənməsi üçün önəmlidir. Əlavə olaraq sulu meyvə və tərəvəzlərdən istifadə etmək də olar. 

Maddələr mübadiləsinin düzgün və keyfiyyətli olması üçün qidalanma olduqca vacibdir. Sürətli maddələr mübadiləsi üçün bədənin vitaminlərə və kalsiuma olan ehtiyacını da təmin etmək əsasdır. 

Arada uzun saatların olduğu böyük paylar yemək maddələr mübadiləsini yavaşladır. Hər 3, 4 saatdan bir kiçik paylarla lazımi qidalar qəbul etdikdə maddələr mübadiləsi nizamlı olur. Zülal baxımından zəngin yeməklər yemək maddələr mübadiləsinin sürətli olmasında önəmlidir. Sağlam zülal qaynaqlarına bifşteks, balıq, toyuq əti, çərəzlər, paxlalılar, yumurtalar və az yağlı süd məhsulları da daxildir.

Yaşıl çay və ya qoxulu qara çay içmək maddələr mübadiləsini sürətləndirməyə kömək edirmiş. Araşdırmalar iki stəkan çay içmənin bədəndə olan artıq kalorinin azalmasına səbəb olduğunu göstərib.