Leyla Əliyeva Emin Ağalarovla birlikdə (FOTO)
24 İyun 2014 19:18 (UTC+04:00)
Azərbaycan respublikasının prezidenti İlham
Əliyevin böyük qızı Leyla Əliyevanın yeni maraqlı şəkili
yayılıb.
Movqe.az-ın məlumatına görə, Heydər Əliyev
Fondunun vitse-prezidenti, L.Əliyevanın çoxdandır birlikdə
görüntülənməyən həyat yoldaşı Emin Ağalarovla yeni şəkili sosial
şəbəkədə yayılıb. "Baku" jurnalının baş redaktoru olan Leyla
Əliyeva Eminin "Sea Breeze"də baş tutan konserti günü çəkilən
fotonu İnstagram səhifəsində yerləşdirib. Sözügedən şəkil hər kəs tərəfindən maraqla qarşılanıb,
izləyicilər onları yenidən birlikdə gördükdə çox sevindiklərini
bildiriblər. Qeyd edək ki,
bəstəkar-müğənni amerikalı sənətçi Qreyq Devid ilə səhnənni
bölüşdüyü gün Arzu, Leyla Əliyeva, əkiz övladları Əli və Mikayıl
onu izləyirdilər. Konsertdə bir çox rusiyalı müğənnilər də qonaq
qismində iştirak ediblər.