“Kurtlar Vadisi Pusu”nun kanalı dəyişildi (VİDEO)

25 İyun 2014 09:57 (UTC+04:00)
Reytinq rekordçusu "Kurtlar Vadisi Pusu" serialının kanalı dəyişilib.  ANS PRESS-in yerli mətbuata istinadən xəbərinə görə, növbəti yayım mövsümündən "Kurtlar Vadisi Pusu" serialı "Kanal D" telekanalında nümayiş olunacaq. Artıq bununla bağlı anons kadrları da hazırlanaraq "Pusu" pərəstişkarlarına təqdim olunub. Qeyd edək ki, ötən il Mematinin (Gürkan Uygun) serialdan ayrılmasından sonra bu il Abdulheyin (Kənan Çoban) də filmdən ayrılması gözlənilir.

Gürkan Uygun daha əvvəl bəzi film və seriallarda çəkilsə də Kənan Çoban ilk dəfə özünü aktyor kimi "Kurtlar Vadisi" film və seriallarında sınaqdan keçirib.