Havadan xoş xəbər
25 İyun 2014 10:10 (UTC+04:00)
Bu gün Bakıda 33 dərəcə isti olacaq. Movqe.az xəbər verir ki, Bakıda və Abşeron
yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı
gözlənilir. Temperatur gecə 19-24°, gündüz 28-33° isti, Bakıda gecə
22-24°, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə
sütundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75,
gündüz 55-60 faiz təşkil edəcək.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zuğulba, Mərdəkan,
Şüvəlan, Buzovnada 22-23°, Türkan, Hövsan, Şıx və Sahildə 23-24°
isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında, əsasən, gecə və axşam saatlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 17-22°, gündüz 31-36° isti olacağı
gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında, əsasən,
gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış
yağacağı ehtimalı var. Temperaturun gecə 11-16°, gündüz 20-25° isti
olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında, əsasən, gecə və axşam saatlarında bəzi dağlıq
ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 18-23°, gündüz 31-36° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında,
əsasən, gecə və axşam saatlarında bəzi qərb rayonlarında şimşək
çaxacağı, yağış yağacağı ehtimalı var. Temperaturun gecə 16-21°,
gündüz 27-32° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz
keçəcək. Temperaturun gecə 20-24°, gündüz 32-37° isti olacağı
gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava,
əsasən, yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə şimşək
çaxacağı, yağış yağacağı ehtimalı var. Temperaturun gecə 21-25°,
gündüz 30-35° isti, dağlarda gecə 14-18°, gündüz 21-26° isti
olacağı gözlənilir.