Dünyanın ən bahalı meteoru

4 İyul 2012 17:23 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, "Fukang Meteoru" adıyla tanınan bu meteorit dünyanın ən gözəl və bahalı meteorudur.

2000-ci ildə Çinin Qobi səhrasına düşən və cəmi ağırlığı 1 ton olduğu deyilən "Fukang Meteoru" adı gizli saxlanılan biri tərəfindən Amerikaya aparılıb.

İnanılmaz gözəllik olan meteorda möhtəşəm rənglər var. İçində saxladığı mineral kristallar və olivye sayəsində davamlı parlayan meteoritində dəmir nikel qarışığı və gümüşlə qarışığı var.

Amerikaya gətirilən meteorun cəmi ağırlığının 420 kilo olduğu bildirilir. Geri qalan qisim isə hələ də Çində qalır.

Nyu Yorkdakı Bonham hərracı tərəfindən 2 milyon dollara satışa çıxarılan bu möcüzəli daşa alıcı tapılmayıb.