Facebook yarım saat işləməsə nə qədər pul itirər?

25 İyun 2014 11:21 (UTC+04:00)

"Facebook"un ötən günlərdə yaşadığı yarım saatlıq fasilə, 500 min dollar itirməsinə səbəb olub.

Ümumi istifadəçi sayı 1 milyardı aşan Facebookda çox qısa baş verən fasilə belə, onu tez-tez ziyarət edən milyonlarla istifadəçisinin əhvalını poza bilir.

 Ötən günlərdə Facebooku açanda ekrana gələn "Nə isə səhv getdi" mesajının səbəbi isə firma tərəfindən hələ açıqlanmayıb. 


Movqe.Az xəbər verir ki, Facebook səlahiyyətlisi Iain Votermanın CNN-ə etdiyi şərh belədir: "Bu gün səhər istifadəçilərin Facebook istifadəsinə maneə törədən qısamüddətli problem yaşadıq. Problem tez həll edildi və hazırda yaxşı işləyir. Müvəqqəti problemə görə üzr istəyirik. "

Forbesin bir hesabatı, yarım saat davam edən problemin Facebooka təxminən 500 min dollara başa gəldiyini təxmin edir. Bununla yanaşı itki Facebooka təsir edəcək böyüklükdə deyil. İlk yarımil gəlirləri 2.5 milyard dollara çatan firma, saatda təxminən 1.16 milyard dollar qazanır. Təkcə 1 il ərzində satın almalar üçün təxminən 20 milyard dollar xərcləyən bir firma üçün 500 min dollar, Forbe-ə görə elə də əhəmiyyətli olmaya bilər.