Qəzadan sonra 107 kilo olduğunu açıqlayan İbrahim Tatlıses, 1 ildə 15 kilo arıqladığını söyləyib. 107 kilodan 92 kiloya endiyini açıqlayan Tatlısesin məqsədi 88 kiloya enməkdir.
Ayşe Özyılmazelin "Evlilik həyatınızda xoşbəxtsiniz?" sualına Tatlıses belə cavab verib. "Xoşbəxtəm təbii ki. Niyə də olmayım? Evliliyim səninkindən daha yaxşı gedir. İndiki ağlım olsaydı 5-6 dəfə evlənərdim. Bizim münasibətimiz 10 ayı keçib artıq. İnşallah daha da çox sürəcək. Belə bir söz var, "Arvadın gözəldirsə nə işin var toy evində? Toy sənin evində, sən toy evində. Gir əylən, çıx əylən. Arvadın çirkindirsə cənazə sənin evində. Gir ağla, çıx ağla."