"Seksi bədənim var, niyə də görsətməyim?"

25 İyun 2014 12:45 (UTC+04:00)
Müğənni Afaq Aslan demək olar ki, hər gün sosial şəbəkədə çılpaq fotolarını paylaşır. Müğənni hətta bu şəkillərə görə ona evlilik təklifi edənlərin sayının çoxaldığını da deyib. Mövqe.az-a danışan ifaçı bu tip fotoları ilə qınaq obyektinə çevrilməkdən qorxmadığını etiraf edib: "Qüsursuz, seksi bədənim var, niyə də görsətməyim? Axı niyə çəkinməliyəm ki? Bu aləmdə, incəsənətdə qapalı olan bir şeylər yoxdu. Mən sadəcə soyunaraq gündəmdə olan müğənni deyiləm. Hər kəsə demək istəyirəm ki, bu gün Afaq Aslan öz səsi ilə gündəmdədir".