"Pis xəbərin cəzb etmə qüvvəsi daha çoxdur"-Qənirə

25 İyun 2014 16:01 (UTC+04:00)
"10 ildir ki, cinayətlə bağlı xəbərləri oxumuram" bu sözləri ANS TV-nin aparıcı jurnalistlərindən olan Qənirə Ataşova deyib. Mövqe.az xəbər verir ki, telekanalın baş redaktoru açıqlamasında kriminal xəbərlərin onun əhvalına pis təsir etdiyini bildirib: " Kriminal xəbərlər mənə pis təsir edir. 10 ilə yaxındır ki, o tip xəbərləri oxumuram. Heç bilmirəm də bu cür xəbərlər nə dərəcədə maraqlıdır, ya yox. Ancaq onu bilirəm ki, pis xəbərin cəzb etmə qüvvəsi daha çoxdur. Amma günün ilk başlanğıcında o cür xəbərlər verib, insanların əhvalını korlamaq düzgün deyil".