Azərbaycan poçtu beynəlxalq pul köçürmələri tariflərini azaltmağa hazırdır

25 İyun 2014 21:15 (UTC+04:00)

"Azərpoçt" MMC STEFI (Secured Transfer of Electronic Financial Information) sistemi üzrə göstərilən pul köçürmələri xidməti tariflərini azaltmağı təklif edir. Bu barədə çərşənbə axşamı Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Poçt rabitəsi şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Hazırda Azərbaycanın poçt operatoru STEFI sistemi üzrə Ukrayna, Belarus, Moldova, Rusiya, Qazaxıstan və BƏƏ-yə təcili pul köçürmələrini təklif edir. Xidmət yaxın vaxtlarda Qırğızıstan üzrə də tətbiq ediləcək.

Azərbaycan poçtu üçün əsas üstünlük STEFI üzrə tranzaksiyalar çərçivəsində əldə edilən gəlirlərin MMC-nin sərəncamında qalmasıdır.

STEFI sistemi beynəlxalq poçt köçürmələrinin kağız mübadiləsindən elektron mübadiləsinə keçməyə imkan verir.

Onun sözlərinə görə, hazırda STEFI üzrə pul köçürmələri xidmətinə görə komissiyanın 6-7 faizə çatdığı ölkələr var: "Azərbaycan komissiyanı 2-3 faizədək azaltmağı təklif edir. Azərbaycanda bu sistem üzrə pul köçürmələrinə görə komissiya haqqı digər ölkələrlə müqayisədə ən aşağıdır. Buna baxmayaraq, Azərbaycan poçtu alınan komissiyanı 1,5-dən 1 faizədək azaltmağa hazırdır".