Milli Parkda iki nəfər özünü dənizə atdı

26 İyun 2014 13:44 (UTC+04:00)

Bakıda Milli Parkın ərazisində intihara cəhd olunub. Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin  Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 700 m sağa nəzarətsiz ərazidə) 2 nəfər intihar etmək məqsədilə özlərini dənizə atıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxslər dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 02:36-də başa çatıb.