Suriya tərəfindən vurulan Türkiyə təyyarəsinin pilotlarının meyitləri tapılıb
4 İyul 2012 18:52 (UTC+04:00)
Suriya tərəfindən vurulan və Aralıq dənizinə
düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsinin
pilotlarının meyitləri tapılıb. APA-nın xəbərinə görə, Türkiyə Silahlı
Qüvvələrinin Baş Qərargahı iyunun 22-də Aralıq dənizi üzərindəki
beynəlxalq hava məkanında Suriya tərəfindən vurulan RF-4 tipli
təyyarənin pilotları – kapitan Gökhan Ertan və leytenant Həsən
Hüseyn Aksoyun meyitlərinin dənizin dibində aşkarlandığını
açıqlayıb. Meyitlərin dənizin dibindən çıxarılması üçün işlər davam
etdirilir.