Bakıda vəzifəli 24 min rüşvəti belə aldı (VİDEO)

26 İyun 2014 17:00 (UTC+04:00)
Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları "Merac Holdinq"-in rəhbəri Səbuhi Əliyevin tikinti şirkətlərindən birinin əməkdaşından rüşvət alma görüntüləri yayılıb.
Şikayətçi bildirib ki, "Merac Holdinq" şirkəti rəhbəri Səbuhi Əliyevin, yaşayış evlərinin tikintisini onlara həvalə etmək üçün 24 min 480 manat pul istəyib. Şikayətçi deyib ki, Səbuhi Əliyevlə onu Barat adlı şəxs tanış edib.Daxil olan məlumatı yoxlamaq üçün əməliyyatçılar şikayətçini Səbuhi Əliyevlə danışıqlar üçün göndərib. Görüş zamanı onu Barat adlı şəxs qəbul edib və Səbuhi Əliyevlə görüşdürüb. Görüş zamanı Səbuhi Əliyev tanıdığı vəzifəli şəxsin köməkliyilə 204 ev inşa edəcəyini bildirib.
İşi icrasına götürmək istəyən tikinti şirkətinin əməkdaşı bu evlərin tikintisinin onlara hansı şərtlərlə veriləcəyilə maraqlanıb. Səbuhi Əliyev işə başlamaq üçün 204 mənzilin hər birinə görə 120 manat avans ödənilməli olduğunu deyib. Şikayətçi tələb olunan pulu şirkət rəhbərinə verib. Bundan sonra "Merac Holdinq" şirkətinin rəhbəri Səbuhi Əliyevin iş otağına Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları daxil olublar.Səbuhi Əliyev əməliyyatçılara pulları başqa məqsədlə aldığını desə də, sonradan əsil həqiqət üzə çıxıb. Daha sonra onun evinə baxış keçirilib. Evdən külli miqdarda pul, müxtəlif şəxslərə aid şəxsiyyət vəsiqələri, layihələr və s. sənədlər aşkarlanıb.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.