Azərbaycanda qarpızdan kütləvi zəhərlənmə

26 İyun 2014 18:23 (UTC+04:00)
Tərtərtdə qarpızdan zəhərlənmə faktı baş verib.  ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Küçərli kəndi ərazisində məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə 5 nəfər zəhərlənib.
Zəhərlənənlər 52 yaşlı Kərim Əzimov, 30 yaşlı Günay Əzimova, 34 yaşlı Eldəniz Zeynalov, 34 yaşlı Ramil Zeynalov və 51 yaşlı Aybəniz Abdullayeva dərhal Quzanlı qəsəbəsində yerləşən Ağdam MRX-na aparılıb. Xəstələrə tibbi yardım göstərilib. Ağdam MRX-dan verilən məlumata görə, zəhərlənənlərin vəziyyəti normaldır. Onlar artıq evə buraxılıblar.