İcra hakimiyyətinin maşını yandı

27 İyun 2014 11:40 (UTC+04:00)

İcra Hakimiyyətinə məxsus avtomobildə yanğın baş verib. Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, səhər saatlarında Goranboy şəhərində İcra Hakimiyyətinə məxsus "QAZ" markalı yük avtomobilində alışma olub. Yanğın avtomobilin mühərrik hissəsində meydana gəlib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.