Hərbiçilərin olduğu maşın qəzaya düşdü: 1 ölü

27 İyun 2014 11:02 (UTC+04:00)

Bakı-Qazax yolunda yol qəzası baş verib. 

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı-Qazax yolunun 412-ci kilometrliyində, Şəmkir rayonu ərazisində VAZ və BMW markalı minik avtomobilləri toqquşub.


Hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunublar.


Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, VAZ markalı minik avtomobilində olan sərnişin aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.


Yanğınsöndürən-xilasedicilər tərəfindən VAZ markalı minik avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit və xəsarət almış sürücü müxtəlif avadanlıqlardan istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


"Kəpəz TV"-nin verdiyi məlumata görə, qəzaya uğrayan "BMW" markalı avtomobilin içərisində hərbçilər olub.


Qəza zamanı "VAZ 2107"-nin sürücüsü 63 yaşlı Allahverən Həsənov hadisə yerindəcə dünyasını dəyişib. Digər avtomobildə olan 3 hərbçi - 26 yaşlı Səxavət Məmmədov, 33 yaşlı Zaur Cəfərov, 29 yaşlı Rüfət Həsənov, eləcə də mülki şəxslərdən 64 yaşlı Nizami Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Yaralılar dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra hərbçilər hərbi hospitala aparılıblar. Mülki şəxsin isə müalicəsi davam etdirilir.


Faktla bağlı araşdırma aparılır.