Dünyanın ən sürətli kompüteri: Tianhe-2

27 İyun 2014 11:37 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, dünyanın ən güclü komputer siyahısının 1 nömrəsi yenə dəyişməyib. Almaniya, Leipziqdə təşkil edilən süperkomputer konfransında Çinin Tianhe-2-i, üçüncü dəfə dünyanın ən sürətli süperkomputeri seçilib. Saniyədə 33.9 petaflop performansa çata bilən "Tianhe-2"i keçə biləcək bir süperkomouter hələ ortaya çıxmayıb. Tianhe-2, Intel Xeon prosessorlarının 3,12 milyon nüvəsi sayəsində təxminən 34 kvadrilyon əməliyyat edilə bilir.