HTC Android L müjdəsi

27 İyun 2014 12:00 (UTC+04:00)

Android L-in tanıdılmasından saatlar sonra, ilk yeniləmə xəbəri HTC-dən gəlib. 


Movqe.Az xəbər verir ki, Google-ın Android L-i tanıtmasından yalnız saatlar sonra, ilk yeniləmə xəbəri də gəlib. HTC, başda One M7 və M8 modelləri olmaqla, bir çox modelini yeni Androidin, təxminən 90 gün ərzində artıracağını deyib. M7 və M8 -dən başqa hansı modellərin yeniləmə təqviminə daxil ediləcəyi hələlik açıqlanmayıb. 


Google Android L haqqında HTC-dən gələn şərh belədir: "HTC olaraq Android L-in yeni xüsusiyyətlərini istifadəçilərimizlə bölüşmək üçün gözləyirik.. Məqsədimiz, admiral gəmimiz HTC One Ailəsini ən sürətli halda yeniləməkdir. Googledsn son proqramı almamızdan sonrakı 90 gün daxilində bütün bölgələrdəki HTC One (M8) və HTC One (M7) cihazlarımız üçün yeniləmə dərc ediləcək. Qısa bir müddət daxilində digər One Ailəsi üzvləri və seçilmiş cihazlarımız üçün yeniləmə başlayacaq. "